Saytın xəritəsi aze eng   rus  

Xəbərlər

11.01.2012

Dövlət əmlakının idarə edilməsi sahəsində Koreya təcrübəsi öyrənilir

Əmlak Məsələləri Dövlət Komitəsi əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası, o cümlədən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi sahələrində işlərin daha da təkmilləşdirilməsi və səmərəliyin artırılması istiqamətində ardıcıl tədbirləri davam etdirir. Bu sahədə komitə bir sıra beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı mövzularda seminar və treninqlər, habelə işgüzar səfərlərin keçirilməsinə xüsusi önəm verilir.


21.12.2011

Dövlət mülkiyyətində olan torpaq sahələrindən əsassız istifadə hallarının müəyyən edilməsi ilə bağlı monitorinqlər davam etdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi Əsanaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsində səmərəliliyin və operativliyin təmin olunması istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirir. Müvafiq qanunvericiliyə əsasən dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin təyinatı üzrə səmərəli istifadə edilməsinə nəzarət komitə tərəfindən həyata keçirilir.